Lənkəranda maarifləndirmə tədbirləri keçirilib
01 mart 2024, 02:12

Fevralın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Şiləvar kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK - nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı məktəblilərin milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Onların radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb.

****

Fevralın 28-də Lənkəran rayonu Digah kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusu müzakirə olunub.

Tədbirə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, rayon Təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və onların mahiyyəti barədə məlumat verilib.  Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.