Lənkəranda maarifləndirmə tədbiri keçirilib
29 avqust 2019, 01:46

Avqustun 28-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin  (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhər 7 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli,  Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin müəllim kollektivi və valideyn assosiasiyasının üzvləri iştirak ediblər.        

Məktəbin direktoru Ülviyyə Əliyeva, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışlarında xalqımızın sahib olduğu zəngin milli-mənəvi dəyərlərin qorunması və gənclərin bu dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyindən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.