Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Şəhər 4 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Emin Həmidli, Regional Təhsil İdarəsinin əməkdaşı Cəmil Axundzadə və müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti, psixoloji təsir üsulları və dini radikalizmin yayılmasına qarşı mübarizə metodları barədə məlumat verilib. Yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tarixən dini dözümlülüyə, multikultural dəyərlərə böyük önəm verib.