Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Lənkəran şəhəri 2 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Emin Həmidli, Regional Təhsil İdarəsinin əməkdaşı Cəmil Axundzadə, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Onların yad dini ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.