Dekabrın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sehran Alışov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, dini icma sədrləri, din xadimləri və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda erkən nikahın cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.