Lənkəranda “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə olunub
21 fevral 2022, 07:29

Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil şöbəsi, Şəhər Gənclər və İdman İdarəsi, Sosial Xidmət Agentliyinin 13 saylı filialı və Lənkəran şəhəri 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların kollektivləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı erkən nikah və onun fəsadları barədə məlumat verilib. Erkən nikahlara qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin birgə mübarizəsinin vacibliyi qeyd edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.