Lənkəranda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” müzakirə edilib
29 aprel 2022, 06:32

Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsində baş tutan tədbirdə könüllü gənclər və tələbələr iştirak ediblər.  

Çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verib. Natiq, eyni zamanda radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.