Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Lənkəran Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi Emin Həmidli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, mədəniyyət işçiləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi diqqətə çatdırılıb. İbadət ocaqlarının ölkənin dini və mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrindən bəhs olunub.
Avqustun 24-də isə Siyəzən şəhərində “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Nuran Nurullayev və gənclər iştirak ediblər.
Çıxışlarda gənclərə ailə dəyərləri və erkən nikahın fəsadları barədə məlumat verilib. Sağlam düşüncə tərzinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, ailə dəyərləri ilə yanaşı, insana sevgi və etibar hisslərinin aşılanmasının vacibliyindən danışılıb, milli kimliyin və genofondun qorunmasında gənc nəslin roluna diqqət çəkilib.