Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, dini icmanın sədri və imamı Muxtar Əzizov, din xadimləri, dini icma üzvləri, eləcə də ictimaiyyyət nümayəndələri iştirak ediblər.
Digər tədbirlər Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Ağayev, dindarlar, müəllimlər, eləcə də şagirdlərin iştirakı ilə Hamarmeşə kənd məscidində və tam orta məktəbində, “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda keçirilib.
Samux rayonunda isə “Narkomaniya ümumbəşəri bəladır” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda ölkəmizdəki milli və dini həmrəylikdən bəhs olunub. Eyni zamanda dini radikalizm və ekstremizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan danışılıb. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Tədbirbirlər müzakirələrlə yekunlaşıb.