Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Rayon Heydər Əliyev Mərkəzində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri, din xadimləri, gənclər və məktəb şagirdləri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb. Çıxış edən natiqlər Azərbaycan ordusunun rəşadətindən, xalqımızın ordu ilə birliyindən söz açıblar. O da qeyd olunub ki, ölkəmizin qazandığı qələbə Cənubi Qafqaz regionunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.