Kürdəmirdə və Ucarda "Aprel döyüşləri: Qələbənin ilk yolu" mövzusunda tədbir keçirilib
04 aprel 2024, 07:53

Ucar şəhər 6 saylı tam orta məktəbdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Mərkəzi Aran Regional Təhsil və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri: Qələbənin ilk yolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, müəllim və şagirdlər iştirak ediblər .

***

Kürdəmir şəhər Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Aprel döyüşləri:Şanlı zəfərə aparan yol" möhkəmlənməsində maarifləndirici tədbir keçirilib . Tədbirdə DQİDK-nin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov,  RİH-in əməkdaşı Daşqın Rüstəmov, liseyin tələbələri iştirak ediblər.

Çıxışlar zamanı  Aprel döyüşləri barədə məlumat verilib. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi haqqında danışılıb.

Tədbirin sonunda şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.