Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, Heydər Əliyev Mərkəzinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna, milli-mənəvi dəyərlərimizin dirçəlməsinə xidmət edən şərəfli ömür yolu, həyat və fəaliyyəti barədə danışıblar. Onun yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərdiyi diqqətə çatdırılıb. Ulu Öndər tərəfindən əsası qoyulan dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.