Sentyabrın 21-də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Heydər Əliyev Mərkəzi, Kürdəmir rayon Gənclər və İdman idarəsi və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Sülh və milli-mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə təşkilatçı qurumların əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan sülhsevər və tolerant ölkədir. 1982-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur. Dünyanın ən tolerant ölkələrindən olan Azərbaycan vətəndaşlarının, xalqımızın da ən böyük istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.