Kürdəmirdə milli-mənəvi dəyərlər mövzusu müzakirə olunub
11 yanvar 2023, 06:25

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektliliyinin artırılmasında medianın rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, media nümayəndələri və dini icma sədrləri iştirak ediblər.

Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb.  Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, eləcə də təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda mədəni irsimizin dünyada tanıdılmasında medianın rolu vurğulanıb.