Kürdəmirdə maarifləndirmə tədbiri keçirilib
11 yanvar 2023, 02:32

Yanvarın 9-da Kürdəmir şəhər "İmam Rza" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Milli-mənəvi və dini dəyərlərin təbliğində din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH aparatının əməkdaşı Daşqın Rüstəmov, QMİ-nin bölgə qazisi Fizuli Cəfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğu qeyd edilib, əsrlərboyu formalaşmış milli dəyərlərin qorunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.