Kürdəmirdə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
11 noyabr 2022, 07:41

Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonu Peşə Liseyində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamaq hüququnun təsbit edildiyini vurğulayıblar.

Tədbirin sonunda mövzu ilə bağlı verilən suallar cavablandırılıb.