Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Erkən nikahın qarşısının alınmasında dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı erkən nikahların qarşısının alınması və bu sahədə görülən genişmiqyaslı tədbirlərdən danışılıb, bu problemlə mübarizədə dini icmaların rolu vurğulanıb. Erkən nikah hallarının qarşısının alınmasında ailə və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib.
Tədbirin sonunda diskussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb.