Fevralın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazısı Fizuli Cəfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Eyni zamanda, multikulturalizmin dövlət siyasəti və xalqımızın həyat tərzi olduğu da diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.