Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dəyirmi masa keçirilib.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mərkəzin direktoru Dürriyə Seyidova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, bu əlamətdar tarixin rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.