Kürdəmirdə "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
11 oktyabr 2022, 08:15
Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər "İmam Rza" məscidinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyəti vurğulanıb. Radikalizmlə mübarizə üsullarından bəhs olunub. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.