Martın 7-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional bölməsi və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri və onlardan qorunma yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, Dövlət Komitəsinin Göyçay Regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat veriblər. Eyni zamanda dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.