Kürdəmirdə "Din və mənəvi dəyərlərin qorunmasında dini icmaların rolu" müzakirə edilib
02 iyun 2023, 07:53
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu Karrar qəsəbə "Seyid Əhməd" məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Din və mənəvi dəyərlərin qorunmasında dini icmaların rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov və dini icmanın üzvləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi mövzuları müzakirə edilib.