Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan Ordusunun qurulmasında Heydər Əliyev fenomeni" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, zabit və əsgərlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusu, onun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. O da vurğulanıb ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə dönüşü sayəsində mərkəzi komandanlığa birbaşa tabe olan ordu quruculuğuna başlanıldı.