Kürdəmir və Ucarda maarifləndirmə tədbirləri keçirilib
20 may 2022, 09:21

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu Qarasu kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Kürdəmir rayonu Qarasu kənd məscidində keçirilmiş tədbirdə Komitənin bölgə üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Həmin gün Ucar rayon Qazyan kənd “Savab” məscidi dini icması ilə birgə təşkil edilmiş eyniadlı tədbirdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib. Həmçinin müxtəlif mədəniyyətlərə və dinlərə mənsub millətlərin nümayəndələrinin tarixboyu Azərbaycanda əmin-amanlıq şəraitində yaşadıqları vurğulanıb.