Kürdəmir və Ucarda din xadimləri və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib
01 fevral 2024, 06:38

Fevralın 1-də Kürdəmir şəhər Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkliatçılığı ilə "Yeniyetmə və gəncləri dini radikalizm təhlükəsindən qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilib . Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşları, din xadimləri, müəllim və tələbələr iştirak ediblər.

***

Daha bir maarifləndirmə tədbiri fevralın 1-də Ucar rayonunun Pirkənd kənd tam orta məktəbində "Qızların təhsil almasının önəmi:dini qaynaqlar nə deyir?" mövzusunda baş tutub. Təbdirə bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov , müəllimlər və şagirdlər qatılıblar.

Çıxışlarda bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadlarından bəhs olunub. Eyni zamanda dini radikalizmlə mübarizədə təhsilin önəmindən danışılıb.

Hər iki tədbir müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.