Fevralın 24-də Kürdəmir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Neftçala rayonunda da “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala rayonu üzrə din xadimləri və icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların və dindarların rolundan bəhs olunub.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.