Korrupsiyaya qarşı mübarizə məqsədilə broşür çap edilib
11 dekabr 2024, 05:23

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli ilə Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinə əsasən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi və 6.9-ci bəndinə əsasən media, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən broşür çap edilib.

Eyni zamanda Dövlət Komitəsinin bölgələrdə keçirdiyi tədbirlərdə broşürlərin geniş kütlə içərisində paylanılması təşkil edilib.

Qeyd edək ki, broşürdə korrupsiyanın anlayışı və formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət və digər məsələlər barədə məlumatlar öz əksini tapıb.