Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəran şəhər Böyük bazar “Cümə” məscidini ziyarət edib.
Dini ibadətgahda fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Komitə sədri qeyd edib ki, Azərbaycanda dini sahədə stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir.
Ramin Məmmədov, həmçinin bu sağlam dini mühitin təhdidlərdən qorunmasında və gənc nəslin milli-mənəvi, ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində din xadimlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək dini maarifləndirmə işində sosial şəbəkələrin imkanlarından yararlanmağa çağırıb.
Qarşılıqlı fikir mübadiləsindən sonra din xadimləri dövlət tərəfindən dinə və onlara göstərilən diqqətdən məmnunluqlarını ifadə ediblər.