Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonu Vəznəş kənd məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Ramin Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olub. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilir.
Komitə sədri qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, din xadimlərinin fəaliyyəti də önəmlidir.
Din xadimləri dövlətin dini sahəyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirərək, maarifləndirmənin sağlam dini mühitin qorunmasında xüsusi rol oynadığını vurğulayıblar.