Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Jan-Pyer Allali: Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır
31 mart 2017, 10:15
"1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk respublikadır. Bu ölkə Fransadan daha dünyəvi dövlətdir". Bu fikirləri Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali bildirib. J.P.Allali Bakının Qərb şəhərlərindən də modern bir şəhər olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır. Xristian ölkəsi olan Ermənistanda yəhudilərin ölkəni tərk etməsini amma müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin hələ də yaşaması məsələsinə də toxunan yazıçı bunun Azərbaycanda hökm sürən tolerantlıq mühiti ilə bağlı olduğunu bildirib.
J.P.Allali onu das bildirib ki, ölkəmizdən fərqli olaraq, işğalçı Ermənistanın vəziyyəti çox acınacaqlıdır. Qeyd edib ki, həyat şəraitinin ağır olması səbəbindən hər il minlərlə sakin Ermənistanı tərk edir.