Aprelin 6-da İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Vasif Teymurov və Qaya Xalıqov, dini icma sədrləri, eləcə də din xadimləri iştirak ediblər.
Tədbirdə dini ayinlərin müvafiq qanunverciliyin tələblərinə, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətva və tövsiyələrinə uyğun şəkildə icra edilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, din xadimləri və dini icma sədrləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.