İsmayıllıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə edilib
31 may 2022, 09:11

Mayın 31-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın şöbə müdiri Elnur Mehdiyev, eləcə də şöbənin əməkdaşları, İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı RPŞ-nin əməkdaşları Rahim Orucov və Taleh Ağayev, DTX-nin İsmayıllı rayon şöbəsinin nümayəndələri, mərkəzin direktoru vəzifəsini icra edən Rəşid Mirzəliyev, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Eyni zamanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən, radikal dini təsirlər və yad dini ideologiyalardan qorunmanın üsullarından, o cümlədən radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətindən bəhs edilib.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.