İsmayıllıda din xadimləri və dini icma sədrlərinin işirakı ilə tədbir keçirilib
04 mart 2025, 09:46

Martın 4-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH)  birgə təşkilatçılığı ilə “Ramazan–sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri - Qaya Xalıqov və Vasif Teymurov, həmçinin din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda din xadimlərinə Ramazan ayında dini mərasim və yığıncaqların keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə edilib. Vurğulanıb  ki, din xadimləri milli-mənəvi, dini dəyərlərimizin təbliği işində daha aktiv olmalıdırlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.