İslam həmrəyliyinə dair tədbir keçirilib
09 mart 2017, 09:20
Martın 9-da Qubadlı Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi, Qubadlı Rayon Prokurorluğu və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı Gənclər  Birliyinin birgə təşəbbüsü ilə “İslam həmrəyliyi müsəlman ölkələrinin qlobal təhdidlər qarşısında dayanıqlığının təminatçısı kimi” mövzusunda tədbir  keçirilib. 
Tədbirdə Qubadlı Rayon İcra  Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir  müavini - dini qurumlarla  işin təşkilatçısı Elşən  Qəhrəmanov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, YAP Qubadlı  rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev, Qubadlı rayon prokurorunun böyük köməkçisi Fuad Əliyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir  müavini-dini qurumlarla  işin təşkilatçısı Elşən  Qəhrəmanov ölkə  başçısının müvafiq  Sərəncamı ilə  2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının Qubadlı ictimaiyyəti  tərəfindən də  yüksək qiymətləndirildiyini  bildirib.
Rayon prokurorunun böyük köməkçisi Fuad Əliyev çıxışında müsəlman xalqlarının vəhdətini pozan, məzhəblərarası zəmində qarşıdurmalar salaraq ölkələrin milli  təhlükəsizliyini təhdid edən radikal dini cərəyanlara qarşı mübarizənin hüquqi  aspektlərini geniş şərh edib.
DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov və YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev çıxışlarında Azərbaycanda  keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını müsəlman xalqlarının birliyinə, vəhdətinə nail olmaq üçün tarixi fürsət kimi dəyərləndiriblər.