“İslam Həmrəyliyi İli” və Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
16 mart 2017, 04:40
Martın 15-də Ağdam rayonu Zəngişalı kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və  Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Kərimov, Pərviz Eyvazov, Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev məruzə ilə çıxış edərək rayonda “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək görülmüş işlər barədə məlumat verib. Bildirib ki, tədbir “İslam Həmrəyliyi İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq keçirilir və belə tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.
Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Kərimov, Pərviz Eyvazov, Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov da çıxış ediblər.