“İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi uğurla icra olunur
25 avqust 2017, 04:54
Avqustun 25-də Sumqayıt şəhərində “Cümə” məscidi dini icmasının “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “Azərbaycanda dövlət–din münasibətlərinin keçmişi, bugünü  və  gələcəyi”  mövzusunda növbəti tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Sumqayıt  şəhəri  “Cümə” məscidinin axundu və dini icma  sədri Rauf  Sərdarov, ilahiyyatçı Əli Şərbətov və gənclər  iştirak ediblər.
Giriş sözü ilə çıxış edən dini icma  sədri Rauf  Sərdarov Azərbaycanda  tarixən formalaşan dövlət-din münasibətlərinin özünəməxsusluğundan,  dövlətin dinə  olan qayğısından söhbət  açıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov dünyəvi dövlət modelində dövlətin  dinə münasibəti,  onlar arasındakı əlaqələri tarixi elmi-fəlsəfi istiqamətdə şərh edib, milli-dini dəyərlərin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması baxımından ölkəmizin də sahib olduğu dünyəvi dövlətçilik prinsipinin uğurlu və  təminatlı olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ilahiyyatçı Əli Şərbətov Quran ayələrindən misallar  gətirərək İslamda dövlət  haqqının məramından söhbət  açıb.
Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar  cavablandırılıb və dini təyinatlı ədəbiyyatlar paylanılıb.