İslam həmrəyliyi dövrün tələbidir
29 avqust 2017, 08:15
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının “İslam həmrəyliyi dövrün tələbidir” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev çıxışında iştirakçılara bu tədbirin mahiyyəti barədə məlumat verib və maarifləndirmə tədbirinin aktual bir mövzuya həsr olunduğunu bildirib.
“Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev çıxışında iştirakçılara bu tədbirin mahiyyəti barədə məlumat verib və maarifləndirmə tədbirinin aktual bir mövzuya həsr olunduğunu bildirib.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev bildirib ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışıb, bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dövrün tələbi olmaqla yanaşı, 2016-cı il “Multikulturalizm ili”nin məntiqi davamıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.