“İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib
10 aprel 2017, 01:49
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Məlikzadə, Mehdixan Zeynalov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fikrət Əliyev, “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, Əlfi Məmmədov adına tam orta məktəbin direktor müavini Fuad Əliyev, kənd ağsaqqalları, dindarlar, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə çıxışında “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda məruzə edib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fikrət Əliyev, Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbin direktor müavini Fuad Əliyev, məktəb müəllimləri və kənd ağsaqqalları çıxış ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.