İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin (MN) N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir şəhər "İmam Rza" məscidinin imam müavini Elçin Tağıyev, N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.
“İntihar, onun səbəbləri və nəticələri”, “Stress, stressin səbəbi və ondan çıxış yolları”, “Problem həlletmə üsulları”, "İslam dininin intiharla bağlı qadağaları" və digər mövzular ətrafında hərbçilərlə aparılan müzakirələrin məqsədi gənclərə problem həlletmə bacarıqlarının aşılanması və onlarda sağlam düşüncə tərzinin formalaşdırılması olub.