"İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər davam etdirilib
09 iyun 2023, 04:11

Cari həftə ərzində regionlarda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilib.

İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində rayonun Aşağı Nüvədi qəsəbə məktəbi və Lənkəran Peşə Liseyində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Nisə Camalova, müəllimlər, lisey və məktəb şagirdləri iştirak ediblər.

Göyçay rayonu Kürdşaban kənd tam orta məktəbində DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsi, Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay sektorluğunun birgə təşkilatçılığı ilə iyunun 6-da "Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH-in nümayəndəsi Vüsal Zöhrabov, aidiyyəti qurumlarların əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Həmin tarixdə Komitənin Gəncə bölgəsi üzrə şöbəsi, Ombudsmanın Qərb Regional Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, eləcə də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Bərabərlik hüququ və ayrı-seçkiliklə mübarizə” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın əməkdaşı Vüsal Hüseynli, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"İnsan Hüquqları Aylığı" çərçivəsində növbəti tədbir iyun ayının 7-də DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Hacıqabul rayonu Kürçülü kənd ümumi orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın əməkdaşı Sadiq Məmmədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, valideynlər və məktəblilər iştirak ediblər. Tədbirin birinci hissəsi valideynlərlə, ikinci hissəsi isə məktəblilərlə keçirilib.

İyunun 7-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” adlı tədbirə Komitənin əməkdaşı Valeh Rəşidov, Mərkəzin direktoru Aygün Qasımova, ictimaiyyət nümayəndələri və fəal gənclər qatılıblar.

Həmin tarixdə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda növbəti tədbir Ağstafa rayon Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbində baş tutub. DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Ağstafa RİH, Təhsil, eləcə də Gənclər və İdman idarələrinin (Gİİ) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Komitə əməkdaşı Pərvin Zeynalov, Ağstafa RİH başçısı aparatının İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Gİİ rəisi Əziz Məsmalıyev, Təhsil şöbəsinin nümayəndəsi Əli Əliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 8-də Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Göyçay , Ucar, Kürdəmir, Zərdab rayonlarından olan din xadimlərinin iştirakı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur”  mövzusunda  dəyirmi masa keçirilib. Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, aidiyyatı orqanların nümayəndələri, gənclər və din xadimləri iştirak ediblər.

Komitənin İmişli bölgəsi üzrə şöbəsi, Gənclər və İdman idarəsi və İmişli rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda baş tutan növbəti tədbirə Komitə əməkdaşı Bəhrəm Ədalət oğlu, Gİİ-nin rəis müavini Ramin Fərəcov, Mərkəzin direktoru Lalə Heydərova, İmişli şəhər 6 və 7 saylı məktəblərin müəllim və şagirdləri qatılıblar.

Eyni mövzuda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala RİH, rayon Polis şöbəsi və Şəki-Zaqatala Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Əliabad qəsəbəsi 1 №-li tam orta məktəbdə keçirilən tədbirdə Komitənin şöbə müdiri İlqar Vəliyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Təhsil idarəsinin əməkdaşı Xamis İsmayılov, Polis şöbəsinin nümayəndəsi Ruslan Şixamirov, məktəbin direktoru İradə İbrahimxəlilova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.  

İyun ayının 8-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət, hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Ağdaş rayonunda baş tutan tədbirə Komitənin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Polis şöbəsinin əməkdaşı Araz Namətov, MKS kollektivi, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri qatılıblar.

Sözügedən mövzu Qusar rayonunda da müzakirə olunub. Belə ki, Komitənin Quba bölgəsi üzrə şöbəsi, Qusar RİH, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzi və Qusar MKS-in birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın şöbə müdiri Ramin Xudayev, Ombudsmanın Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Telman Kazımov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, MKS-in direktoru Zahir Mustafayev, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmin tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitə əməkdaşları Rəşadət Hidayətov və Elşən Quluzadə, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və rayon gəncləri iştirak ediblər.

İyunun 8-də İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın əməkdaşı Aydın Səmədov, Mərkəzin direktoru Lətifə Əliyeva, İsmayıllı şəhər məscidinin imamı Röya Balayev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İyunun 9-da Ucar şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi, Ucar RİH və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Sağlamlığın qorunması hüququ" mövzusunda keçirilən maarifləndirici tədbirdə DQİDK-nın əməkdaşı Rauf Nəsirov, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, aidiyyatı orqanların əməkdaşları, gənclər və səhiyyə işçiləri iştirak ediblər.

İyunun 9-da DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayon Gİİ və Peşə məktəbinin birgə təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitənin əməkdaşı Samir Salehov, Gİİ-nin rəis müavini Şaiq Rüstəmov, Peşə məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Eyni gündə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları çərçivəsində uşaq hüquqlarının qorunması” mövzusunda keçirilən seminarda Komitə əməkdaşı Zamin Əsədov, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad rayon Heydər Əliyev Mərkəzi və Sabirabad rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı  ilə "İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda dəyirmi masa keçirilib. Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərli Cəfərsadiq, Elvin İbrahimov, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Səbinə Əliyeva, həmin Mərkəzin əməkdaşları, müəllim və şagirdləri iştirak ediblər.

İyun ayının 9-da Komitənin Şəki bölgəsi üzrə şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Calalzadə, Gİİ-nin məsləhətçisi Səbahət Bayramova, məktəbin direktoru Filyar Orucova və şagirdlər iştirak ediblər.

Bölgələrdə keçirilən maarifləndirmə tədbirləri zamanı çıxış edənlər əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanının təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi və görülən digər işlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. O da bildirilib ki, tarixən fərqli dini inanclara sahib insanların yaşandığı ölkəmizdə daim dini dözümlülük hökm sürüb, müxtəlif konfessiyaların nümayəndələri biri-birinin hüquq və azadlıqlarına hörmətlə yanaşıblar.

Tədbirlər müzakirələrlə yekunlaşıb.