İyun ayının 8-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Biləsuvarda “Dini mərasimlər: ictimai təhlükəsizlik və insan hüquqları perspektivindən” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini mərasimlərin təşkili zamanı ictimai təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb, bu sahədə mövcud qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Bildirilib ki, dini mərasimlərin keçirilməsi həm dini dəyərlərin qorunması, həm də ictimai asayişin təmin edilməsi baxımından məsuliyyətli yanaşma tələb edir. Eyni zamanda, insan hüquqları kontekstində dini etiqad azadlığının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilib.