İmişlidə maarifləndirmə tədbiri keçirilib
25 aprel 2022, 03:34

Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH), Rayon Gənclər və İdman İdarəsi, Gənclərin Sosial–İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin birgə təşklialtçılığı ilə “Gənclərin dini radikalizm və ekstremizmin meyillərindən qorunması” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Gənclərin Sosial–İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri Cavid Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı gənclərin dini radikalizm  və ekstremizm meyillərindən qorunması istiqamətində görülən işlərdən bəhs olunub. Vurğulanıb ki, bu sahədə DQİDK digər müvafiq qurumlarla birgə maarifləndirmə tədbirləri həyata keçirir. Eyni zamanda dini  radikalizm və ekstremizmin mahiyyəti və radikalizmin yarada biləcəyi təhlükələr barədə də ətraflı məlumat verilib. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.