İmişlidə “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib
02 iyun 2022, 09:38

İyunun 2 -də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli rayon Gənclər və İdman İdarəsi və İmişli rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı” çərçivəsində  “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman İdarəsinin nümayəndələri İsmayıl Mehrəliyev, Nicat Məmmədov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə əməkdaşı Nazim Əzimov, Mərkəzi Kitabxana Sisteminin direktoru Hürü Şirinova və mədəniyyət işçiləri  iştirak ediblər.

Görüş zamanı DQİDK və digər dövlət qurumlarının birgə təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı”nın keçirildiyi, aylıq çərçivəsində təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynadığı qeyd edilib. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduğu, Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.