İmişlidə din xadimlərinin iştirakı ilə tədbir təşkil olunub
13 fevral 2026, 14:14

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsinin təşkilatçılığı ilə İmişli rayonunda “Ramazan ayı: islamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib.
DQİDK-nın regional bölməsinin müdiri Elvin Hüseynli, İmişli şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Natiqlər çıxışlarında diqqətə çatdırıblar ki, Ramazan milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Eyni zamanda, Ramazan ayının əhəmiyyəti, həmrəylik və paylaşma ruhunun gücləndirilməsi, iftar mədəniyyəti barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar və təkliflər dinlənilib.