İmişlidə 26 fevral Xocalı soyqırımının 33-cü ildönümü mövzusunda tədbir keçirilib
26 fevral 2025, 08:37

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “26 fevral Xocalı soyqırımının 33-cü ildönümü mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, İmişli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - dini qurumlarla işin təşkilatçısı Rüfət Muradov, İmişli şəhəri “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Çıxış edənlər bildiriblər ki, 33-cü ildönümünü yad etdiyimiz Xocalı faciəsi bir xalq və ya millətin məsələsi deyil, bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə tariximizin qanla yazılmış səhifəsidir.