Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Oktyabrın 30-da İmişli rayonunda “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Ramin Fərəcov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib. Dahi şəxsiyyətin xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasındakı xidmətlərinə diqqət çəkilib. Natiqlər ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.