İmişli bölgəsinin din xadimləri Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələri müzakirə ediblər
06 aprel 2022, 06:51

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ramazan ayı ilə əlaqədar onlayn formatda  konfrans keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər. 

Çıxışlarda ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edilib. Eyni zamanda Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini icma sədrlərinə və din xadimlərinə tapşırıq və tövsiyələr verilib. Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.