Regionlarda yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib.
Aprelin 2-də Qusar rayonunda yerləşən hərbi hissədə “Vətən müdafiəçisinin əxlaq kodeksi” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, şöbənin əməkdaşı Mehman Məmmədov, din xadimləri, hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Aprelin 2-də daha bir tədbir isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Aprelin 3-də Beyləqan rayonundakı “N” saylı hərbi hissədə “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Abbaslı, Elvin İbrahimov, Qarallar kənd dini icmasının sədri və imamı Səbuhi İbadov, eləcə də şəxsi heyət iştirak edib.
***
Aprelin 3-də Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə “İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.
***
Aprelin 4-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Abbaslı, Elvin İbrahimov, Beyləqan rayonu Şəfəq qəsəbəsi Cərcis Peyğəmbər ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov və şəxsi heyət iştirak edib.
***
Aprelin 4-də Daşkəsən rayonda yerləşən N saylı hərbi hissədə “Zərərli vərdişlər və özünə xəsarət yetirmənin sosial –psixoloji aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.
***
Aprelin 4-də Tovuz və Qazax rayonlarında yerləşən N saylı hərbi hissədə “Vətən müharibəsindəki qələbəmizdə milli birliyimizin və mənəvi dəyərlərin rolu” və “Vətəni qorumağın fəzilətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin İmamı Elmar Rzayev, hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirlər müzakirələrlə davam edib.