Hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusu müzakirə edilib
08 avqust 2024, 04:16

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Bəhrəm Abbaslı, Elvin İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidinin imamı və dini icmasının sədri Səbuhi İbadov, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji  təminat  üzrə müavini Rauf Niyazov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.