Hərbi hissədə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib
06 may 2025, 08:55

Mayın 6-də Müdafiə Nazirliyinin Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, hərbi hissənin məsul əməkdaşlar, eləcə də hərbçilərin iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlayıb.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-din münasibətlərinin tolerantlıq və dini müxtəlifliyə hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb. Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət bu gün də uğurla davam etdirilir. Müxtəlif dini konfessiyaların sülh, qarşılıqlı anlayış və hörmət mühitində sərbəst fəaliyyət göstərmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.